Eldar Qasımov istedadlar axtarır - FOTO

Eldar Qasımov istedadlar axtarır  - <span style="color: red;">FOTO
# 14 noyabr 2012 14:49 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycanın “Eurovision” qalibi Eldar Qasımov istedad axtarışındadır. Bununla bağlı APA-ya məlumat verən Eldar Qasımov deyib ki, artıq bununla bağlı yeni layihənin elanı verilib. Artıq bir çoxlarının maraq dairəsinə çevrilən bu elan “Hər şey çox gözəl olacaq! Gözləyirəm! Eldar istedadlar axtarır!” cümlələri ilə başlayır. E. Qasımov deyib ki, o, yeni istedadların üzə çıxarılmasında iştirak edəcək: “Oxumağı sevən və ömür boyu böyük səhnəni və sadiq pərəstişkarları arzulayan hər kəs bizim yanımızda olmalıdır. Bunun üçün sadəcə, öz ifanızın videosu və ya audio versiyasını [email protected] e-mail-ə göndərmək kifayətdir. Qeyd olunan ünvana göndərilən məktubda ad, soyad, ata adı, yaş, məşğuliyyət, telefon nömrəsi və yaşayış yerini yazmağı unutmayın. Bu layihə ilə bağlı ətraflı məlumat çox qısa zamanda ictimaiyyətin diqqətinə veriləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR