İranın “Səhər” televiziyasının müxbiri Anar Bayramlı vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib

İranın “Səhər” televiziyasının müxbiri Anar Bayramlı vaxtından əvvəl azadlığa buraxılması üçün müraciət edib
# 28 noyabr 2012 12:02 (UTC +04:00)

Bu barədə APA-ya Anar Bayramlının qardaşı Yaşar Bayramlı məlumat verib. Y. Bayramlı qardaşının vaxtından əvvəl azadlığa buraxılması üçün müraciətini yazılı şəkildə saxlanıldığı Cəzaçəkmə Müəssisəsinə təqdim etdiyini deyib. Yaxın vaxtlarda həmin müraciətə baxılması gözlənilir.

Qeyd edək ki, A. Bayramlı bu il fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olur. Binəqədi rayon Məhkəməsinin hökmü ilə A. Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə onun cəzasını 1 ilə endirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR