Azərbaycan fermerlərə daha effektiv və səmərəli dövlət dəstəyi formalarının tətbiqinə hazırlaşır - FOTO

Azərbaycan fermerlərə daha effektiv və səmərəli dövlət dəstəyi formalarının tətbiqinə hazırlaşır   - <span style="color: red;">FOTO
# 06 dekabr 2012 10:41 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin olunması üçün digər tədbirlərlə yanaşı, sahibkarlara verilən dövlət dəstəyinin daha effektiv və səmərəli formaları tətbiq olunmalıdır. «APA-Economics»in məlumatına görə, bunu bu gün Bakıda işə başlayan Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun 50 illik yubileyinə həsr olunmuş «Aqrar iqtisadiyyatın aktual problemləri mövzusunda ikigünlük beynəlxalq konfransda institutunun direktoru Sadıq Salahov bildirib.

Konfransda Azərbaycanın kənd təsərrüfatının aktual problemləri, inkişaf meylləri, kənd əhalisinin sosial demoqrafik problemləri və onların həlli yolları, eləcə də aqrar sahədə MDB ölkələrinin təcrübəsi və bu sahədə yeni ideyalar müzakirə olunacaq. S.Salahov bildirib ki, aparılan islahatlar nəticəsində Azərbaycanda aqrar sahə MDB-nin əksər ölkələrinə nisbətən daha çox inkişaf edib: «Torpaq islahatı, aqrar sahədə özəlləşdirmə, fermerlərin sayının artması və onlara dövlət dəstəyinin verilməsi, bunun üçün infrastrukturun formalaşdırılması və digər addımlar xarici ölkələrdə böyük maraq oyadıb. Onlar bizim qanunvericiliyi, iqtisadi problemləri öyrənmək və özlərinə uyğunlaşdırmaq istəyirlər».

İnstitut direktoru bildirib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün dayanıqlı kənd təsərrüfatı iqtisadiyyatı qurulmalı, bu sahədə sahibkarlıq inkişaf etdirilməli, onların fəaliyyətinin iqtisadi səmərəliliyi artırılmalı, sahibkarlara verilən dövlət dəstəyinin məzmu dəyişdirilməli, yəni daha effektiv və səmərəli formaları tapılmalıdır və aqrar sahədə elmi kadrlar yerləşdirilməlidir.

Azərbaycanda yanaşı, Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərindən, Dağıstan Respublikası, habelə Ukrayna, Qazaxıstan və Belarusdan aqrar elmi-tədqiqat müəssisələrinin iqtisadçı alimlərinin iştirak etdiyi konfransda aqrar sektorun inkişafı və gələcək meylləri, eləcə də bu sahədə elmin daha geniş tətbiqi barədə geniş təqdimatlar keçirilib.

Tədbirdə çıxış edən nümayəndələr Ümumdünya Ticarət Təşkilatına üzvlüyün yerli aqrar sektora təsiri, aqrar sahənin inkişafında vergi mexanizmlərinin rolu, kənd təsərrüfatının modernləşdirilməsi, kənd təsərrüfatı kooperasiyaları və bu sahədə dövlət tənzimlənməsi sahəsində görülən işlər və təcrübə barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR