Kolumbiyada ABŞ-a 30 ton kokain keçirməkdə şübhəli bilinən şəxs yaxalanıb

Kolumbiyada ABŞ-a 30 ton kokain keçirməkdə şübhəli bilinən şəxs yaxalanıb
# 09 noyabr 2012 09:15 (UTC +04:00)
APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, Xorxe Milton Sifuentes Vilya adlı şəxs ABŞ hakimiyyət orqanları tərəfindən narkotik qaçaqmalçılığının təşkili və maliyyələşdirilməsində ittiham olunur.

Sifuentes Vilyanın Meksika narkokarteli “Sinaloa” üçün əsas kokain tədarükçüsü olduğu güman edilir. ABŞ onun yerini bildirənə 5 milyon dollar mükafat vəd etmişdi. Bu mükafatın kiməsə verilib-verilmədiyi və S. Vilyanın izinə necə düşüldüyü haqda məlumat yoxdur. ABŞ-ın Kolumbiyadan S. Vilyanın ABŞ-a ekstradisiyasını tələb edəcəyi bildirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR