Əli Babacan: “İranın “Patriot” raketləri ilə bağlı açıqlamaları qəbuledilməzdir”

Əli Babacan: “İranın “Patriot” raketləri ilə bağlı açıqlamaları qəbuledilməzdir”
# 22 dekabr 2012 10:24 (UTC +04:00)

Ancaq buna baxmayaraq, İranın NATO-nun Türkiyə-Suriya sərhədinə yerləşdirəcəyi “Patriot” raketləri ilə bağlı bəzi açıqlamalar verməsi, fərqli bir mövqe nümayiş etdirməsi şübhəsiz bizim üçün qəbulolunmazdır”. APA-nın məlumatına görə, bu sözləri Türkiyə baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, “Patriot” raketlərinin müddəti bir ildir: “Lakin ehtiyac olduqda bu müddət uzadıla bilər. Xalqımızı və torpaqlarımızı qorumaq məsuliyyətimiz olduğu kimi, həm də qanuni haqqımızdır. Məqsədimiz həmçinin Suriyadakı böhranın daha çox artmasına mane olmaqdır. Türkiyə Suriyadakı böhranın tezliklə sülh yolu ilə həlli üçün səylərini bundan sonra da davam etdirəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR