Azərbaycanda sərnişin qatarı yük maşını ilə toqquşub - VİDEO

Azərbaycanda sərnişin qatarı yük maşını ilə toqquşub - <span style="color: red;">VİDEO
# 22 noyabr 2012 10:29 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatın görə, hadisə bu gün səhər saat 10.00 radələrində Zaqatala rayonu ərazisində qeydə alınıb. Bakı-Balakən sərnişin qatarı Zaqatala rayonu Göyəm keçid stansiyasında, 1985-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abdullayev Xəqani Əbülfəz oğlunun idarə etdiyi “Şaqman” markalı, 99 CH 045 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.

Toqquşmadan sonra teplovoz relsdən çıxaraq aşıb. Xoşbəxtlikdən sərnişin vaqonlarından relsdən çıxan olmayıb. Bu səbəbdən də qatarda olan sərnişinlərdən xəsarət alan olmayıb. “Şaqman” markalı yük maşınının sürücüsü Xəqani Abdullayev isə aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) travmatologiya şöbəsinə yerləşdirilib.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, Xəqani Abdullayevin durumu orta-ağır hesab edilir. Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR