Mahmud Məmmədquliyev: “Ermənistanın Azərbaycanın ÜTT-yə üzvlüyünə mane olacağına inanmıram” - FOTO

Mahmud Məmmədquliyev: “Ermənistanın Azərbaycanın ÜTT-yə üzvlüyünə mane olacağına inanmıram”   - <span style="color: red;">FOTO
# 12 dekabr 2012 10:22 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Onun sözlərinə görə, noyabr ayında bununla bağlı aparılan danışıqlar səmərəli keçib.

Növbəti görüşün tarixinin Azərbaycandan asılı olduğunu deyən nazir müavininin sözlərinə görə, buna qədər ÜTT çərçivəsində danışıqlar aparan ölkələrin təqdim edəcəyi suallar cavablandırılacaq.

M. Məmmədquliyev Ermənistanın Azərbaycanın ÜTT-yə üzvlüyünə mane olacağına inanmadığını ifadə edib. Onun sözlərinə görə, Ermənistan ÜTT-yə üzv olarkən gələcəkdə Azərbaycanın bu təşkilata üzv olacağına mane olmayacağını ifadə edən məktub təqdim edib: “Bizim işçi qrupunun iclasına Ermənistan nümayəndələri də gəlir və oturub müzakirələri dinləyirlər. Amma suallar vermirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR