Sabah Azərbaycan paytaxtının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah Azərbaycan paytaxtının mərkəzində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
# 04 may 2013 11:57 (UTC +04:00)

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V. Əsədov bildirib ki, Bakıda keçirilən beynəlxalq velosiped turunun son günü ilə əlaqədar sabah paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament prospekti, Hüseyn Cavid prospekti, İnşaatçılar prospekti, S. Vurğun küçəsi, Bülbül küçəsi, Zərifə Əliyeva prospekti, Üzeyir Hacıbəyov küçəsi, Puşkin küçəsi və Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

V. Əsədov sürücülərə və şəhər sakinlərinə müraciət edib ki, göstərilən istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə etsinlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR