Azərbaycan bazarında tikinti materialları ucuzlaşıb

Azərbaycan bazarında tikinti materialları ucuzlaşıb
# 20 dekabr 2012 12:30 (UTC +04:00)

Birlikdən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki aylarda bəzi tikinti materialları üzrə qıtlığın yaranması məhz həmin materiallar üzrə qiymət artımına səbəb olub ki, bu da orta qiymətlərin artmasına (0,10%) təsir göstərib. Oktyabr-noyabr aylarında isə bunun əksinə olaraq qiymətlərin azalması ilə müşahidə edilib. Qiymət azalması əsasən Rusiya və Ukraynadan idxal olunan dəmir materiallarında, İran və Türkiyə idxalı olan şüşə, penoplast və şüşə pambıq materiallarında qeydə alınıb. Qiymət azalmasına səbəb tikinti mövsümünün tədricən sona çatması və alqı-satqının həcminin zəifləməsidir.

Araşdırma aparılan 87 növdə tikinti materialından 20%-i üzrə qiymət azalması baş versə də, qiymət artımı müşahidə edilənlər də (5%) olub. Ən çox qiymət artımı taxta və lambirdə qeydə alınıb. Belə ki, 1 kubmetri 225 manata satılan taxta 235 manata, 1 kv. metri 2,10 manata satılan lambirin isə 2,30 manata təklif edilib. Beləliklə, ümumilikdə orta qiymət əvvəlki ayla müqayisədə 2,39% azalma ilə yadda qalıb. Ümumilikdə 2012-ci ilin oktyabr-noyabr aylarında bazarda müşahidə edilən orta qiymət ilin əvvəli ilə müqayisədə 3,7%, ötən ilin müvafiq dövrünə nisbətdə isə 4,3% azdır.

Oktyabr-noyabr aylarında qiymət azalması müşahidə edilən tikinti materialları:

Armatur

-3,7

Sink təbəqə

-0,54

Künyə

-0,19

Asma tavan

-0,53

Şveller

-0,78

Şüşə

-0,87

Boru

-2,11

Penoplast

-12,50

Dəmir təbəqə

-0,93

Şüşə pambıq

-2,11

Katinka

-2,22

Oktyabr-noyabr aylarında qiyməti artan tikinti materialları:

Taxta

+4,44

Lambir

+7,69

Digər tikinti məhsullarının qiymətlərində dəyişmələr baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR