Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib - FOTOSESSİYA

Moskvada Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib   - <span style="color: red;">FOTOSESSİYA
# 13 dekabr 2012 09:09 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya paytaxtında Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Ümumrusiya Azərbaycan Konqresi və Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən təşkil olunan konfrans paytaxtın “Yunost” hotelində keçirilib.

Konfransda Azərbaycanın millət vəkilləri, Rusiya ictimaiyyətinin nümayəndələri və Moskvada yaşayan azərbaycanlı ziyalılar iştirak ediblər. İlk öncə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.

Konfransı giriş sözü ilə açan Ümumrusiya Azərbaycan Konqresinin icraçı katibi Nemət Nağdəliyev H.Əliyevin müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının xilaskarı olduğunu bildirib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında H.Əliyevin tarixdəki rolundan və böyük siyasi yolunun müxtəlif mərhələlərindən danışıb. H.Əliyevin böyük istedad olduğunu qeyd edən səfir onun müasir Azərbaycanın inkişafında və çiçəklənməsində göstərdiyi səylərin əvəzolunmaz olduğunu söyləyib: “Heydər Əliyev məktəbinin verdiyi diplomu dünyanın heç bir ali təhsil müəssisəsi vermir”. Diplomat Heydər Əliyevin həm müasir Azərbaycanın, həm də Sovetlər Birliyinin tarixində silinməz iz qoyduğunu vurğulayıb.

Azərbaycan Milli Məclisinin deputatı Rasim Musabəyov, Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq yazıçısı Çingiz Abdullayev, rusiyalı tarixçi alim Rudolf İvanov və SSRİ Nazirlər Sovetinin sədr müavini olmuş İqor Prostyakov H.Əliyevlə bağlı xatirələrini danışıblar. İ.Prostyakov H.Əliyevin təkcə Azərbaycan xalqının deyil, bütün sovet xalqının övladı olduğunu söyləyib: “Heydər Əliyev Azərbaycanın inkişafına necə böyük töhfə vermişdisə, eləcə də SSRİ-nin inkişafına böyük töhfə verib”.

Qeyd edək ki, konfransın keçirildiyi zalda Heydər Əliyev Fondunun arxivindən olan nadir fotolar nümayiş olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR