Bakıda marşrut avtobusu qəza törədib, 1 nəfər ölüb

Bakıda marşrut avtobusu qəza törədib, 1 nəfər ölüb
# 26 noyabr 2012 10:25 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda marşrut avtobusu qəza törədib. Bakı şəhər baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa - Zabrat yolunda qeydə alınıb. Rəşid Seyidovun idarə etdiyi «VAZ-2106» markalı avtomobillə Vüsal Qurbanovun idarə etdiyi «Daewoo» markalı 198 saylı xətt avtobusu toqquşub. Nəticədə, R.Seyidov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR