Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində gəlirlərin təxminən 60%-i Dövlət Neft Fondu hesabına formalaşacaq

Azərbaycanın 2013-cü ilin dövlət büdcəsində gəlirlərin təxminən 60%-i Dövlət Neft Fondu hesabına formalaşacaq
# 13 noyabr 2012 10:14 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasda baş nazir Artur Rasizadə, nazirlər, komitə sədrləri iştirak edir.

İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə büdcə layihəsi barədə məlumat verib. Gələn il üçün büdcə gəlirləri 19,154 mlrd. manat, xərcləri 19,810 mlrd. manat, kəsiri isə 656 mln. manat səviyyəsində nəzərdə tutulur. Büdcə gəlirləri üzrə 12,4%, xərclər üzrə isə 12,1% artım gözlənilir. Büdcə gəlirlərinin strukturunda 11 350 mln. manat və ya 59,3% Dövlət Neft Fondundan daxilolmalar, 6 400 mln. manat və ya 33,4% Vergilər Nazirliyi üzrə daxilolmalar, 1 380 mln. manat və ya 7,2% Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar, 5 mln. manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar və 19 mln. manatı sair daxilolmaların payına düşür.

Vergilər Nazirliyinin xətti ilə daxilolmaların 3 760 mln. manatı və ya 58,8%-i qeyri-neft sektorunun payına düşür. Vergi daxilolmalarının həcmi 2012-ci ilin proqnozuna nisbətən 8,3% çox nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların həcmi isə 2012-ci ilin proqnozuna nisbətən 15% çox proqnozlaşdırılır. Eyni zamanda xərclərin strukturunda əsas yeri dövlət əsaslı vəsait qoyuluşu tutacaq. Bu xərclərin həcmi 6 915,2 mln. manat və ya ümumi büdcə xərclərinin 34,9%-ni təşkil edir. Dövlət əsaslı vəsait qoyuluşlarının illik artım tempi 19,8% səviyyəsində gözlənilir. Bundan əlavə büdcə xərclərinin strukturunda 1 813,6 mln. manat sosial müdafiə və sosial təminat xərcləri, 1 802 mln. manat ümumi dövlət xidmətləri üzrə xərclər, 1 530,4 mln. manat təhsil xərcləri, 1 528,6 mln. manat müdafiə xərcləri, 1 081,8 mln. manat məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərini qeyd etmək olar. Bu ilin proqnozlarına nisbətən sosial müdafiə və sosial təminat xərcləri gələn il 1,6%, ümumi dövlət xidmətləri üzrə xərclər 52,7%, təhsil xərcləri 1,2%, müdafiə xərcləri 8,6%, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 12,2% səviyyəsində artım gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR