İranlı general: “ABŞ-ın Fars körfəzində iki hərbi gəmisi, 108 təyyarəsi və 20 min hərbçisi var”

İranlı general: “ABŞ-ın Fars körfəzində iki hərbi gəmisi, 108 təyyarəsi və 20 min hərbçisi var”
# 10 dekabr 2012 10:32 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “ABŞ-ın Fars körfəzində 20 min hərbçisi var”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu fikirləri İranın “Xatəmül-ənbiya” hava hücumundan müdafiə qərargahının komandanı, general-mayor Fərzad İsmaili bildirib. Onun sözlərinə görə, ABŞ-ın Fars körfəzində həmçinin iki hərbi gəmisi və 108 təyyarəsi var: “Bundan əlavə, Böyük Britaniya, Fransa və Avstriyanın da Fars körfəzində hərbi qüvvələri var. Təkcə Böyük Britaniyanın Fars körfəzində 2 min hərbçisi mövcuddur. Ona görə də bölgə ölkələri ABŞ başda olmaqla digər Qərb dövlətlərinin planlarına qarşı ayıq-sayıq olmalıdırlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR