® “Holcim (Azərbaycan)” yeni məhsul – “Qaradağ SPRİNT” sementini təqdim edib - FOTO

<font color=red>® </font>“Holcim (Azərbaycan)” yeni məhsul – “Qaradağ SPRİNT” sementini təqdim edib - <span style="color: red;">FOTO
# 21 noyabr 2012 13:01 (UTC +04:00)

Bakı – APA-Economics. Tikinti materialları bazarında daim yeniliklər tətbiq edən və Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim (Azərbaycan)” ASC müştərilərin əsas tələblərinə uyğun olaraq və standart sınaqlarla yoxlanıldıqdan 12 noyabr 2012-ci ildən etibarən yığma beton məhsullar və yığma dəmir-beton elementlər istehsalçıları üçün yeni sement məhsulunun - “Qaradağ SPRİNT” kütləvi istehsalına başlayıb.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, “Qaradağ SPRİNT” sementi yüksək ilkin möhkəmlik təmin edən, 42,5 möhkəmlik sinfinə aid olan mineral əlavəli sementdir. “Holcim (Azərbaycan)” SPRİNT sementini adi dəmir-beton yığma elementlər, gərginləşdirilmiş dəmir-beton yığma elementlər və yığma beton məmulatlar istehsalı üçün tövsiyə edir. Bu sement yüksək ilkin möhkəmlik təmin etməklə yığma beton məhsullar istehsalında istehsal prosesinin sürətlənməsinə və məhsuldarlığın artmasına, nəticədə istehsal xərclərinin nisbətən aşağı düşməsinə şərait yaradır. Hazırda bu sement qalaq olaraq istehsal olunur, yaxın gələcəkdə kisə şəklində paylanılması nəzərdə tutulur.

“Holcim (Azərbaycan)” ASC-nin digər məhsulları kimi, “Qaradağ SPRİNT” sementi də Azərbaycan Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən sertifikatlaşdırılmış sementdir.

“Holcim (Azərbaycan)” cəmiyyət qarşısında öz məsuliyyətini rəhbər tutaraq daim uzun müddətli və təhlükəsiz inşaatın tətbiqi üçün çalışır. Bu məqsədlə şirkət bazarın xüsusiyyətlərinə və müştərilərin tələblərinə uyğun olaraq məhsullar istehsal edir və müştərilərin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirir.

Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən “Holcim” şirkətində 80.000-dən çox əməkdaş çalışır. Şirkət dünyanın aparıcı sement, doldurucu (qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. 1999-cu ildən Holcim iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə Holcim “Sement sənayesi üzrə Davamlılıq Təşəbbüsü”nü irəli sürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR