Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb
# 07 dekabr 2012 12:07 (UTC +04:00)

AMB-dən «APA-Economics»ə verilən məlumata görə, bu addım inflyasiyanın optimal səviyyədə olmasını nəzərə almaqla faiz dərəcələrinin daha da enməsinə şərait yaratmaq və bu yolla qeyri-neft sektorunda iqtisadi artımı dəstəkləmək üçün atılıb.

AMB-nin şərhində deyilir ki, bu il Mərkəzi Bank bəyan etdiyi pul siyasəti istiqamətlərinə uyğun olaraq ölkədə qiymətlərin və maliyyə sabitliyinin qorunmasına yönəlmiş fəaliyyətini davam etdirib və bu mandatın daha effektiv yerinə yetirilməsi üçün pul siyasəti və makroprudensial siyasət çərçivələri təkmilləşməkdə davam edib.

«Manatın məzənnəsinin sabitliyi qorunub, pul kütləsi inflyasiya hədəfinə uyğun templə artıb. Ölkədə inflyasiya birrəqəmli səviyyədə qalıb, orta illik inflyasiya tempi (1,3%) tərəfdaş ölkələrdən əhəmiyyətli aşağı olub. Bu şəraitdə kreditlər üzrə orta faiz dərəcələrində azalma meylləri müşahidə olunub», - deyə Mərkəzi Bankın yaydığı məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR