Qazaxıstanın Azərbaycandakı səfiri: “Avrasiya İqtisadi Birliyinin heç bir siyasi ambisiyası yoxdur” - FOTO

Qazaxıstanın Azərbaycandakı səfiri: “Avrasiya İqtisadi Birliyinin heç bir siyasi ambisiyası yoxdur”   - <span style="color: red;">FOTO
# 25 dekabr 2012 11:07 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. “Avrasiya İqtisadi Birliyi sırf iqtisadi təşkilatdır və heç bir siyasi ambisiyası yoxdur”. APA-nın xəbərinə görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov Qazaxıstan prezidenti Nursultan Nazarbayevin “Strategiya - 2050” adlı sənədinə həsr olunmuş mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, birliyi məqsədi üzv ölkələr arasında mövcud iqtisadi əlaqələri daha da möhkəmləndirməkdən ibarətdir.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyinin 2015-ci ildə Vahid İqtisadi Məkana daxil olan Rusiya, Belarus və Qazaxıstanın iştirakı ilə yaradılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR