Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göyçayda konfrans keçirilib - FOTOSESSİYA

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Göyçayda konfrans keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 25 dekabr 2012 23:19 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov-APA. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

APA-nın məlumatına görə tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Sabir Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev çıxış edərək “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində görülən işlərdən, Gənclər və İdman Nazirliyi yanında yaradılan Gənclər Fondunun fəaliyyətindən danışıblar. Məlumat verilib ki, bu günədək Azərbaycanın 16 şəhər və rayonunda gənclər evi və mərkəzi inşa edilib. Qarşıdakı iki il ərzində daha 15 rayonda gənclər evinin inşası həyata keçiriləcək. Nazir müavini ölkədə mövcud olan 230-dan artıq gənclərlə bağlı QHT-lərin fəaliyyət göstərdiyini və onların Gənclər və İdman Nazirliyi tərəfindən dəstəkləndiyini qeyd edib. Gənclər fondu ilk qrant müsabiqəsi çərçivəsində gənclər təşkilatlarının 129 layihəsi üçün 1 milyon 920 min manat vəsait ayırıb. Həmin layihələrdən 82-si bölgələrdə həyata keçirilib. Tədbir iştirakçıları Azərbaycan gənclərinin hazırkı durumu, onların qayğıları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Tədbirdə məlumat verilib ki, hazırda Göyçayda 32 min 500 gənc yaşayır. Orta ümumtəhsil məktəblərində 16 min şagird təhsil alır. Rayonda 20 min 727 gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Rayon gəncləri olimpiya idman kompleksində, Heydər Əliyev Mərkəzində onlar üçün yaradılan şəraitdən bəhrələnirlər. Hazırda Göyçay şəhərində gənclər mərkəzi inşa edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR