DİN-in idarə rəisi: “Son 18 il ərzində Azərbaycanda 24 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”

DİN-in idarə rəisi: “Son 18 il ərzində Azərbaycanda 24 mindən çox cinayətkar qrup və dəstə zərərsizləşdirilib”
# 10 dekabr 2012 09:03 (UTC +04:00)

Bütün bu işlər ölkədə cinayətkarlığa qarşı qətiyyətli mübarizənin başlanğıcını qoyub”. APA-nın xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Baş Təşkilatı-İnspeksiya İdarəsinin rəsisi Fazil Quliyev bildirib. Onun sözlərinə görə, 1994-cü ildən bu günə kimi həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə cinayətkar qruplar və dəstələr zərərsizləşdirilib. F.Quliyev vurğulayıb ki, bu müddət ərzində əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb. Bunun nəticəsi olaraq silahdan istifadə edilməklə törədilən cinayətlərin sayı 11 dəfə azalıb.


Nazirlik rəsmisi deyib ki, asayişin təmini sahəsində, o cümlədən cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq üçün müstəqillik dövründə 40-a yaxın ölkənin aidiyyəti dövlət orqanları ilə 48 ikitərəfli və 25 çoxtərəfli saziş, memorandum və protokol imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR