Azərbaycanda havaların yağmurlu keçməsi çaylarda suyun səviyyəsinin artmasına səbəb olub

Azərbaycanda havaların yağmurlu keçməsi çaylarda suyun səviyyəsinin artmasına səbəb olub
# 02 iyul 2012 09:26 (UTC +04:00)
Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, Kiçik Qafqazın ərazisindən axan Gəncəçayda suyun səviyyəsi 18, Kürəkçayda 25, Böyük Qafqazın Qusarçayında 5, Qudyalçayda 6, Vəlvələçayda 33 santimetr artıb. A.Verdiyev deyib ki, iyunun 30-da Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 31, Vəşəriçaqda 26, santimetr artım müşahidə edilib.

Balakən-Şəki bölgəsinin çaylarında da artım baş verdiyinin deyən baş hidroloqun sözlərinə görə, Ağçay, Hamamçay, Kürmükçay, Kişçay, Şinçay və Daşbaşağıl çaylarından qısamüddətli daşqınlar olub.

A.Verdiyev bildirib ki, Kür çayının yuxarı axınında, Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 33 santimetr artıb. Onun sözlərinə görə, Qanıqçayda isə bu artım 77 santimetr təşkil edib. Baş hidroloq bunun Kür çayı üçün təhlükəli olmadığını deyib: “Ölkə ərazisində qeyri-sabit hava şəraiti bu ayın birinci ongünlüyünün birinci yarısınadək davam edəcək. On görə də bəzi dağ çaylarında qısamüddətli daşqınların olacağı istisna edilmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR