Kazanda 2-ci Beynəlxalq İƏT Modeli Sammiti işə başlayıb - FOTO

Kazanda 2-ci Beynəlxalq İƏT Modeli Sammiti işə başlayıb - <font color=red>FOTO</font>
# 05 iyul 2012 07:44 (UTC +04:00)
DƏ-İKGF-dən APA-ya verilən məlumata görə, sammitin seminar hissəsinin açılış mərasimində DƏ-İKGF Avrasiya Məşvərət Şurasının sədri Elçin Əsgərov, RF, Tatarıstan Elm və Təhsil Nazirinin müavini Quzalya Minkina, Gənclər, İdman və Turizm nazirinin müavini Sergey İvanov, Elmlər Akademiyasının vitse-prezidenti Javdat Suleymanov və Tatarıstanın Tələbə Liqasının Sədri Timur Süleymanov iştirakçılar qarşısında təbrik nitqi ilə çıxış edib. İki il bundan əvvəl İKGF tərəfindən təsis olunmuş İƏT Modelin yekun beynəlxalq sammit hissəsi, ikinci ildir ki, ənənəvi olaraq dünyanın müxtəlif ölkələrindən olan gənc liderlərin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri toplantısının simulyasiyası əsasında həyata keçirilir.
Kazan Sammitində İƏT-ə üzv olan 50-ə yaxın ölkədən gəlmiş 200-ə qədər tələbə və gənc lider iyul ayının 3-dən 10-a qədər davam edəcək simulyasiya oyunlarında keçid ölkələri olan Tunis, Liviya və Misirdə siyasi stabilləşmə, nüvə enerjisinin istifadəsi, Balkan ölkələrində müsəlman azlıqları ilə bağlı olan məsələləri müzakirə edəcəklər. Sözügedən sammitdə gənc liderlər seminarlarda çoxtərəfli diplomatiya, beynəlxalq konfransların təşkil olunması, danışıqların aparılması və yekun qətnamələrin hazırlanma qaydaları ilə bağlı biliklər də əldə edəcəklər. Seminarlar İƏT ölkələrinin aparıcı universitetlərinin müəllimləri və təcrübəli diplomatları tərəfindən təşkil olunacaq.

Qeyd edək ki, bu tədbirə qatılan iştirakçılar öz ölkələrində İƏT Modelin milli yarışlarında qalib gəlmiş gənclərdir.

Sammitin işində bu ilin may ayında Bakıda DƏ-İKGF, AR, Gənclər və İdman Nazirliyi, BDU və Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin təşkilatıçılığı ilə keçirilən “İƏT Modeli-Sammiti”ndə münsiflərin qərarı ilə xüsusi bacarığı ilə seçilmiş BDU-nun 4 tələbəsi də iştirak edir.

Keçən ilin iyulunda İstanbulda Sabançı Universitetində keçirilmiş 1-ci Beynəlxalq İƏT Modeli Qlobal Sammitində ölkəmizi simulyasiya oyunlarında təmsil edən BDU tələbələri münsiflərin yekdil qərarı ilə 57 İƏT ölkəsi gəncləri arasında 2-ci yeri tutublar.

Sözügedən Kazan sammiti 9 iyulda İƏT simulyasiya plenar sessiyası ilə öz işini başa vuracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR