Bakıda “Qu gölü” baletinin tamaşasında Rusiya Böyük Teatrının ulduzları çıxış edəcəklər - FOTO

Bakıda “Qu gölü”  baletinin tamaşasında Rusiya Böyük Teatrının ulduzları çıxış edəcəklər - <span style="color: red;">FOTO
# 19 noyabr 2012 10:14 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Dekabrın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları Rusiya Dövlət Akademik Böyük Teatrının aparıcı solistləri – prima-balerina, Rusiyanın xalq artisti Mariya Allaş və Rusiyanın əməkdar artisti Aleksandr Volçkov ifa edəcəklər. Dünyanın bir çox ölkələrində böyük uğurla keçən qastrol səfərlərində iştirak edən M. Allaş və A. Volçkov 2010-cu ildə Böyük Britaniyada keçirilən klassik balet sənəti festivalında “Qu gölü” baletinin tamaşasında Odetta-Odilliya və şahzadə Ziqfrid rollarının ən yaxşı ifaçıları üçün təsis edilmiş xüsusi mükafata layiq görülüblər. Tamaşanı Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov idarə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR