Bank Of Baku

ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub

ABŞ fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
# 21 iyul 2026 08:38 (UTC +04:00)

Qlobal fond bazarlarında qarışıq dinamika müşahidə olunub.

APA-Economics” xəbər verir ki, ABŞ-da “Dow Jones” indeksi 307,16 bənd və ya 0,59% azalaraq 51 839,26 bəndə, “S&P 500” 14,41 bənd və ya 0,19% enərək 7 443,28 bəndə, “Nasdaq Composite” isə 12,17 bənd və ya 0,05% azalaraq 25 508,07 bəndə düşüb.

Avropada FTSE 100 indeksi 0,71% geriləyərək 10 524,76 bənd olub. Bununla yanaşı, Almaniyanın “DAX” indeksi 0,06% artaraq 24 846,69 bəndə, Fransanın “CAC” 40 indeksi 0,02% yüksələrək 8 340,11 bəndə çatıb.

Asiya bazarlarında isə müsbət əhval-ruhiyyə üstünlük təşkil edib. Nikkei 225 2,75% artaraq 65 905,01 bəndə, “TOPIX” 2,01% yüksələrək 3 997,85 bəndə çatıb. “CSI” 300 indeksi 1,76%, Hang Seng isə 0,03% bahalaşıb.

Analitiklər bildirirlər ki, ABŞ bazarlarında investorlar şirkətlərin maliyyə hesabatları mövsümünü və ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz siyasəti ilə bağlı siqnalları qiymətləndirdikləri üçün mənfəət realizasiyası müşahidə olunub. Asiya bazarlarında isə texnologiya sektorundakı yüksəliş və Yaponiya şirkətlərinin güclü maliyyə nəticələri alışları dəstəkləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR