Uruqvayda baş verən tornado nəticəsində 4 nəfər ölüb, 200 nəfər xəsarət alıb

Uruqvayda baş verən tornado nəticəsində 4 nəfər ölüb, 200 nəfər xəsarət alıb
# 16 aprel 2016 04:29 (UTC +04:00)

Bakı-APA. Uruqvayın Dolores şəhərində baş verən dağıdıcı tornado nəticəsində 4 nəfər ölüb, 200 nəfər müxtəlif dərəcəli xəsarət alıb

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə fövqəladə vəziyyət elan edilib.

Tornado yaşayış və inzibati binaları dağıdıb. Bölgəyə xilasedicilər və hərbi bölmələr cəlb edilib. Tibbi müəssisələr 24 saatlıq iş rejiminə keçib.

Təbii fəlakətin vurduğu ziyanın həcmi hələlik məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR