"Yeni Həyat" MMC müflis elan olunması ilə bağlı məhkəməyə müraciət edib

"Yeni Həyat" MMC müflis elan olunması ilə bağlı məhkəməyə müraciət edib
# 17 fevral 2016 14:03 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Yeni Həyat” MMC müflis olub.

APA-nın məlumatına görə, tikinti şirkəti olan “Yeni Həyat” MMC iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisad Məhkəməsinə müraciət edib. Hakim Hökümə Babayevanın sədrliyi ilə bu gün məhkəmə prosesi keçirilib. Prosesdə kreditor qismində iştirak edən Abazər Mahmudovun vəkili Şahmar Məmmədov çıxış edib. O bildirib ki, şirkətin iddiasının məqsədi ödəməli olduğu borcdan yayınmaqdır və buna görə də iddia təmin olunmamalıdır.

Məhkəmə prosesi martın 11-də davam etdiriləcək.

Qeyd edək ki, 2005-ci ildə “Yeni Həyat” MMC ilə Abazər Mahmudov arasında müqavilə bağlanılıb. Həmin müqavilənin şərtlərinə görə, A. Mahmudov mənzilini şirkətin sərəncamına verib. Şirkət isə həmin evin yerində tikilən çoxmənzilli yaşayış binasından ona 150 kvadrat metr sahəsi olan mənzil verməyə razılaşıb. Lakin şirkət həmin müqavilənin şərtlərinə əməl etməyib. Bundan sonra A. Mahmudov Nəsimi rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şirkət tərəfindən A. Mahmudova 420 min dollar məbləğində pulun ödənilməsi barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR