Tehranda Zəlimxan Yaqubu anım tədbiri keçiriləcək

Tehranda Zəlimxan Yaqubu anım tədbiri keçiriləcək
# 04 fevral 2016 13:49 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Tehranda xalq şairi Zəlimxan Yaqubu anım tədbiri keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Tehranın "Əndiyşə" mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılıb.

Tədbirdə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR