Abşeronda ev yanıb, 2 nəfər xəsarət alıb

 Abşeronda ev yanıb, 2 nəfər xəsarət alıb
# 20 noyabr 2015 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Abşeron rayonunda ev yanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, noyabrın 19-da saat 17 radələrində Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İslam Vəliyevin evində yanğın baş verib. Nəticədə 25 kvadrat metr sahədə yanar konstruksiyalar yanıb, orada təmir işləri aparan rayon sakinləri Vüqar Quliyev və Ruslan Bəxtiyarov xəstəxanaya yerləşdiriliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR