Səudiyyə Ərəbistanı Yəmən ərazisindən atəşə tutulub, 7 dinc sakin ölüb

Səudiyyə Ərəbistanı Yəmən ərazisindən atəşə tutulub, 7 dinc sakin ölüb
# 17 avqust 2016 01:48 (UTC +04:00)

Bakı-APA. Səudiyyə Ərəbistanı Yəmən ərazisindən üsyançı husilər tərəfindən atəşə tutulub, nəticədə 7 dinc sakin ölüb.

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, insident Nacran şəhərində baş verib. Məlumata görə, şəhərin sənaye rayonu artilleriya zərbələrinə tuş gəlib.

Yəməndə üsyançı husilər və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR