Rumıniyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır

Rumıniyanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır
# 01 iyun 2016 13:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanunun səlahiyyət müddəti başa çatır.

Səfir APA-ya açıqlamasında bildirib ki, diplomatik missiyası bu il avqustun 17-də bitəcək.

“4 il yarımdan artıq müddətdən sonra Bakıdakı diplomatik missiyam 2016-cı ilin avqustun 17-də başa çatacaq. İyulun 18-də bu münasibətlə rəsmilər, diplomatik korpus nümayəndələri, mədəniyyət xadimləri, biznesmenlər və jurnalistlər üçün vida ziyafəti təşkil olunacaq”.

Səfir həmçinin, yeni səfirin hələlik bəlli olmadığını da qeyd edib.

Xatırladaq ki, D. K. Çiobanu Azərbaycanda diplomatik fəaliyyətinə 2011-ci ilin noyabrında başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR