BMT Baş Assambleyasında 2015-ci ildən sonrakı inkişafa dair gündəlik qəbul edilib

BMT Baş Assambleyasında 2015-ci ildən sonrakı inkişafa dair gündəlik qəbul edilib
# 26 sentyabr 2015 08:34 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. BMT Baş Assambleyası çərçivəsində 2015-ci ildən sonrakı müddətdə Dayanıqlı İnkişafa dair Sammit keçirilir.


APA-nın qurumun saytına istinadən verdiyi xəbərə görə, sammitdə dünya liderləri, dövlət və hökumət başçıları 2015-ci ildən sonra inkişafla bağlı gündəliyi qəbul ediblər.


“Əsl gündəlik insanlar, planet, çiçəklənmə üçün olan yeni fəaliyyət planıdır. Bu, həmçinin, geniş azadlıqlar şəraitində ümumi sülhün təmin edilməsinə yönəlib. Biz hesab edirik ki, yoxsulluğun tamamilə yox edilməsi vacib qlobal tapşırıq və davamlı inkişaf üçün lazımi şərtlərindəndir", - deyə sənəddə bildirilir.


Təşkilata bütün üzv dövlətlərin nümayəndələri sənədi dəstəkləyiblər.
"Yeni gündəliyin müəyyən edilməsi ilə liderlər dünyadakı bütün insanlara söz vermiş oldular", - deyə sammitin açılışında çıxış edən BMT-nin baş katibi Pan Gi Mun bildirib.


Qeyd edək ki, gündəlikdə davamlı inkişaf sahəsi üzrə 17 məqsəd və 169 tapşırıq yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR