AXCP sədrinin müşaviri adam döyməkdə ittiham olunur

AXCP sədrinin müşaviri adam döyməkdə ittiham olunur
# 01 oktyabr 2015 08:37 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının APA-ya verdiyi məlumata görə, buna səbəb Mikayıl Quliyev adlı şəxsin şikayəti olub.

Onun sözlərinə görə, M. Quliyev döyüldüyünü iddia edərək 18-ci polis bölməsinə şikayət ərizəsi ilə müraciət edib: “O iddia edir ki, guya Məmməd İbrahim küçədə ona hücum edərək döyüb. Amma bu, yalandır. Şikayətə görə, Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) cinayət işi başlanıb və 48 saatlıq həbs verilib. Yəqin ki, iş məhkəmə müstəvisində həll olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR