Masallıda mal-qara oğruları saxlanılıb - FOTO - VİDEO

Masallıda mal-qara oğruları saxlanılıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 21 noyabr 2015 12:52 (UTC +04:00)

Masallı. Ağəddin Babayev - APA. Masallı polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsləri yaxalayıb.

Masallı Rayon Polis Şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Vüqar Bəhmənovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, rayonun Kolatan kənd sakini Qızbəs Babayeva, Ərkivan qəsəbə sakinləri Tehran Şahbazova və Hüsniyyə Ağayeva polis şöbəsinə ərizə ilə müraciət edərək, ayrı-ayrı vaxtlarda onlara məxsis xeyli sayda iribuynuzlu və xırda buynuzlu mal-qaranın naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.

Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Masallının İsgəndərli kənd sakini, 1992-ci il təvəllüdlü Mirbaba Qələmirzə oğlu Cəfərov və Lənkəran rayonunun Tükəvilə kənd sakini, 1984-cü il təvəllüdlü Anar Firudin oğlu Əliyev şübhəli şəxs qismində saxlanılıb. İstintaq zamanı hər iki şəxsin sözü gedən oğurluq faktlarının birbaşa təşkilatçıları olduğu sübuta yetirilib. Həmçinin hər iki saxlanılan şəxsin zərərçəkənlərə xeyli miqdarda maddi ziyan vurduqları da müəyyənləşdirilib.

Onların oğurladıqları mal-qaranın müəyyən hissəsi sahiblərinə qaytarılıb.

Masallı Rayon Məhkəməsinin qərarı ilə Mirbaba Cəfərov və Anar Əliyev barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR