General Engin Alan: “Ürəyim Azərbaycan əsgərlərinin yanındadır”

General Engin Alan: “Ürəyim Azərbaycan əsgərlərinin yanındadır”
# 02 aprel 2016 21:14 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. “Yaxın gələcəkdə ermənilərin yeni təxribatlara əl atacaqlarını düşünürəm. Baş verən hadisələr erməni qudurğanlığından başqa bir şey deyil”.

Bunu APA-nın Türkiyə bürosuna ötən gün Azərbaycan Ermənistan təmas xəttində baş vermiş gərginliyə münasibət bildirən Türkiyə Baş Qərargahının kəşfiyyat idarəsinin keçmiş rəisi, istefada olan general-polkovnik İsmayıl Haqqı Pekin bildirib.

İsmayıl Haqqı Pekin Türkiyə ilə Azərbaycanın münasibətləri daha da yaxşılaşdıqca, ermənilər bu cür təxribatlar törətdiyini xatırladıb: “Torpaqların erməni işğalından azad edilməsi üçün Türkiyə ilə Azərbaycanın daha güclü olmaları və öz aralarındakı münasibətləri hər gün daha da dərinləşdirmələri vacibdir”.

Türkiyə Cümhuriyyətinin Bakıdakı keçmiş hərbi attaşesi, Türkiyə xüsusi təyinatlı qüvvələrinin keçmiş komandanı, istefada olan general polkovnik Engin Alan deyib ki, ürəyi Azərbaycan ordusunun əsgərlərinin yanındadır: “Şəhid olan 12 əsgərimizə Allahdan rəhmət diləyirəm. Ürəyim cəbhədə əziz vətən torpaqlarını qəhrəmancasına müdafiə edən Azərbaycan əsgərlərinin yanındadır”.

Türkiyənin Parisdəki keçmiş səfiri, istefada olan general-leytenant Əhməd Yavuz qeyd edib ki, Ermənistanı bölgədə yeni təxribatlara yönəlir: “BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarlar, təəssüf ki, yerinə yetirilmədi”.

Ə. Yavuz qeyd edib ki, yaxın gələcəkdə problemin sülh yoluyla həlli variantını görmür: “Ona görə də Azərbaycan öz hərbi potensialını daha da artırmalı, Ermənistanın bu cür təxribatlarının qarşısını almağa həmişə hazır olmalıdır”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR