Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb

Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb
# 01 avqust 2016 09:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gündən rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq. Müsabiqə şərtini ödəyən namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiq etməlidirlər.

“Rezidentura” jurnalının 3-cü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, "Namizədin elektron ərizəsi"ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.

Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR