Yəmən paytaxtının meri koalisiyanın zərbəsi nəticəsində ölüb

Yəmən paytaxtının meri koalisiyanın zərbəsi nəticəsində ölüb
# 08 oktyabr 2016 21:25 (UTC +04:00)

Bakı-APA. Yəmən paytaxtı Sananın meri Əbdülqadir Hilal ərəb koalisiyasının yas mərasiminə endirdiyi zərbə nəticəsində ölüb. APA-nın xəbərinə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının Yəmənin paytaxtında yas mərasiminə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 82 nəfərə çatıb.

Yəmənin paytaxtı Sana şəhəri üsyançı husilərin nəzarəti altındadır. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası üsyançılarla mübarizədə Yəmən hökumətinə dəstək verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR