Xaçmazda iki maşın toqquşub , xəsarət alan var

Xaçmazda iki maşın toqquşub , xəsarət alan var
# 26 yanvar 2016 19:00 (UTC +04:00)

Xaçmaz.Vəli Turan - APA. Bu gün axşam saatlarında Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib. APA -nın şimal bürosunun verdiyi məlumata görə , “Hundai” və “Mitsubishi” markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. “Mitsubishi”-nin sürücüsü 1979-cu il təvəllüdlü Məmmədxanov Asif Məhəmmədrəsul oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi rayon Xəstəxanasına gətirilib. Ona döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR