Rusiyada azərbaycanlı şirkət rəhbərini iki yumruqla öldürüb

Rusiyada azərbaycanlı şirkət rəhbərini iki yumruqla öldürüb
# 08 fevral 2016 11:30 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyada azərbaycanlı şirkət rəhbərini qətlə yetirib.

APA-nın “Tulskiye novosti” saytına istinadən verdiyi xəbərə görə, hadisə fevralın 6-da gecə saatlarında Tula vilayətində baş verib.

Elektromontaj işləri ilə məşğul olan “Balqa” MMC-nin direktoru Oleq Buyanov kafe yaxınlığında öldürülüb. Vilayət üzrə İstintaq Komitəsinin yaydığı məlumata görə, firma direktoru ilə milliyyətcə azərbaycanlı olan tanışı arasında münaqişə baş verib. Münaqişəyə səbəb O. Buyanovun azərbaycanlıya borcu olub. Həmyerlimiz O. Buyanova iki yumruq zərbə endirib, nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR