"Tekfen" TANAP layihəsi çərçivəsində 457 mln. dollarlıq tenderin qalibi olub

"Tekfen" TANAP layihəsi çərçivəsində 457 mln. dollarlıq tenderin qalibi olub
# 17 fevral 2016 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan təbii qazını Türkiyəyə, oradan isə Avropaya nəql edəcək Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihəsi çərçivəsində keçirilən növbəti tenderin qalibi məlum olub.

"APA-Economics" "Anadolu" agentliyinə istinadən bildirir ki, "TANAP Doğalgaz İletim A.Ş" şirkəti tərəfindən elan edilən kompressor və ölçü stansiyaları ilə bağlı Mühəndislik, tədarük və inşaat tenderi yekunlaşıb və tenderin qalibi "Tekfen İnşaat ve Tesisat A.Ş." şirkəti olub.



TANAP-ın yaydığı məlumatda deyilir ki, tender 2015-ci il iyunun 26-da elan edilib və prosedurda 11 yerli və xarici şirkət iştirak edib.

Artıq 1 850 km uzunluğundakı boru kəmərinin 2 ədəd kompressor stansiyası və 4 ədəd ölçü stansiyasının mühəndislik, tədarük və inşaatının aparılması üçün "TANAP Doğalgaz İletim A.Ş" ilə "Tekfen İnşaat ve Tesisat A.Ş." arasında saziş imzalanıb.

"Tekfen İnşaat ve Tesisat A.Ş." şirkətinin daxil olduğu "Tekfen Holding"in məlumatında deyilir ki, TANAP layihəsi çərçivəsində kompressor və ölçü stansiyaları ilə bağlı Mühəndislik, tədarük və inşaat işlərinin ümumi dəyəri 457 mln. dollar təşkil edir. Layihənin başa çatdırılması müddəti 39 ay olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR