BMT: Yəməndə 6,4 mindən çox insan silahlı münaqişənin qurbanı olub

BMT: Yəməndə 6,4 mindən çox insan silahlı münaqişənin qurbanı olub
# 16 aprel 2016 00:03 (UTC +04:00)

Bakı-APA. Yəməndə 6,4 mindən çox insan silahlı münaqişənin qurbanı olub, yaralananların sayı 30,5 minə nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə köməkçisi xanım Künq-va Kanq bildirib.

Onun sözlərinə görə, ölkədə 2,8 milyon insan məcburi köçkünə və qaçqına çevrilib: “Hazırda Yəməndə 14 milyon nəfərin tibbi yardıma ehtiyacı var. Ölkənin əksər tibb müəssisələri dağıdılıb və yaxud fəaliyyətini dayandırıb”.

BMT nümayəndəsi Yəməndə atəşkəs rejiminin qüvvəyə minməsini alqışlayaraq qeyd edib ki, aprelin 10-dək ölkədə hər gün orta hesabla 6 uşaq ölüb və yaxud yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR