İtaliya-Avstriya matçını azərbaycanlı hakim idarə edəcək

İtaliya-Avstriya matçını azərbaycanlı hakim idarə edəcək
# 13 iyul 2016 08:14 (UTC +04:00)

Bakı – APA. Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.

FİFA referisi İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək.

Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR