InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
# 18 iyul 2016 12:24 (UTC +04:00)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Avronun dünya birjalarında qiyməti keçən həftə 1.11$ - 1.10$ aralığında ticarət edilib. InvestAZ analitiklərinin fikrincə, EUR/USD cütlüyü üzrə qiymət 1.1151$ altında qaldıqca, qısa müddət ərzində 1.0866 və 1.0766$-a kimi ucuzlaşa bilər.

GBP

Böyük Britaniyada siyasi risklərin qismən azalmasından sonra funt sterlinq dünya birjalarında sürətlə bahalaşmağa başladı və daha da bahalaşa biləcəyi gözlənilir. Analitiklərin fikrincə, keçən həftə 1.35$-a kimi 5% bahalaşan funt sterlinqin dollara nisbətən qiyməti 1.28$-ın üzərində möhkəmləndikcə, 1.37$ və 1.39$-a kimi dəyər qazana bilər.

TRY

Türkiyədə siyasi hadisələr fonunda USD/TRY valyuta cütlüyünün sürətlə proqnozlaşdırılan 3.05 TL-ə kimi bahalaşsa da, yenidən ucuzlaşdığının şahidi oluruq. USD/TRY valyuta cütlüyünün texniki mənzərəsini təhlil edən InvestAZ analitiklərin fikrincə, cütlük üzrə qiymət 2.87 lirə üzərində möhkəmlənməyə davam etdiyi təqdirdə 3.19 TL və 3.34 TL-ə kimi bahalaşa, əks təqdirdə, yəni cütlük üzrə qiymət 2.87 TL-i aşağı istiqamətdə qırarsa, 2.79 və 2.73 TL-ə kimi ucuzlaşa bilər.

OIL

Eneriji bazarlarında neftə olan tələbin artması müşahidə edilir və nəticədə qiymətlərin də bahalaşacağı gözlənilir. Eyni zamanda analitiklər qiymətlərin eniş trendlərini müvəqqəti hesab edir və Avropanın Brent markalı neftin bir barel qiymətinin yenidən 73$-a kimi bahalaşa biləcəyini bildirirlər.

GOLD

Digər əmtəə bazarlarında isə qızılın bir unsiya qiyməti keçən həftə proqnozlaşdırıldığı kimi 1320$-a kimi ucuzlaşdı və gələcək günlər ərzində əlavə olaraq, qiymətin 1305$-a kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_________________________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR