Rəsmi Phenyan:Cənubi Koreya KXDR-nın hava məkanını pozub

Rəsmi Phenyan:Cənubi Koreya KXDR-nın  hava məkanını pozub
# 09 iyun 2016 03:36 (UTC +04:00)

Bakı-APA. Cənubi Koreyaya məxsus pilotsuz uçan aparatlar (PUA) KXDR-nın hava məkanını pozub.

APA-nın xəbərinə görə, bu barədə Koreya Xalq Demokratik Respublikasının dövlət xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, ötən gün pilotsuz uçan aparatlar KXDR-nın hava məkanını üç dəfə pozub.

Həmçinin Cənubi Koreyaya məxsus hərbi gəmilər KXDR-nın dəniz sərhədini beş dəfə pozub. “Son bir ayda dövlət sərhədinin pozulması halları kəskin şəkildə artıb. Rəsmi Seul təxribat xarakterli hərəkətləri davam etdirərsə, onu ciddi nəticələr gözləyəcək”, məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR