Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir 22,5% artıb

Azərbaycanın təbii qaz ixracından əldə etdiyi gəlir 22,5% artıb
# 18 aprel 2016 11:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-mart ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.


"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən üç ay ərzində gömrük bəyannamələri əsasında 95 mln. 413,25 min ABŞ dolları dəyərində 597 mln. 609,68 min kubmetr təbii qaz ixrac olunub ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 22,51% çoxdur. Məbləğ dəyərində isə bu göstərici 25,81% artıb.

2016-cı ilin yanvar-mart ayları ərzində 2 mln. 125,38 min dollar dəyərində 44 mln. 43,34 min kVt/s elektrik enerjisi ixrac edilib ki, bu da 2015-ci ilin eyni ayları ilə müqayisədə 2,31 dəfə azdır. Məbləğ dəyərində isə bu rəqəm bir ildə 2,87 dəfə azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR