"Azəriqaz" ötən il 256 mindən çox mənzilə texniki baxış keçirib

"Azəriqaz" ötən il 256 mindən çox mənzilə texniki baxış keçirib
# 11 yanvar 2016 07:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsinin əməkdaşları tərəfindən 2015-ci ildə 256 254 mənzildə texniki baxış və profilaktik xidmət işləri keçirilib.

"Azəriqaz"dan "APA-Economics"ə verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. "Azəriqaz" istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR