Dələduzluqda təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb

 Dələduzluqda təqsirləndirilən qadının şikayəti əsasında məhkəmə başlayıb
# 19 yanvar 2016 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Əzimovanın apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclasının təyin olunması məsələsi müzakirə edilib. Prosesin baxış iclası fevralın 3-nə təyin edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Gülnarə Əzimovaya 7 il 5 ay 28 gün azadlıqdan məhrum edilmə cəzası verilib. Məhkəmə istintaqı dövründə azadlıqdan olan G. Əzimova məhkəmə zalında həbs edilib.

Gülnarə Əzimova şəhər sakinlərin etimadını qazanaraq dələduzluq edib. O, Cinayət Məcəlləsinin 178.3.2 ( külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR