İrandan Azərbaycana narkotik gətirən qardaşlara hökm oxunub

İrandan Azərbaycana narkotik gətirən qardaşlara hökm oxunub
# 07 mart 2016 11:56 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Zaur, Aftandil Mehdiyev qardaşlarının, Namiq Həsənov və Rauf Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. APA-nın məlumatına görə, məhkəmənin hökmünə əsasən Zaur və Aftandil Mehdiyevlərin hər biri 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mehdiyev Aftandil Ağadadaş oğlu, Mehdiyev Zaur Ağadadaş oğlu, Mirzəyev Rauf Nicat oğlu və Həsənov Namiq Məmməd oğlu tutulublar. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində 2 ədəd «Makarov» tipli tapança, 33 ədəd patron, 2 ədəd tapança sandıqçası, 1 ədəd «Naqan» tipli revolver tapança və ona aid 5 ədəd patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları və 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr – heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb. Onların narkotik vasitələri İrandan Azərbaycan qaçaqmalçılıq yolu ilə gətirdikləri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR