Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb

Ötən il Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb
# 05 yanvar 2016 14:40 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2015-ci il ərzində Gürcüstana səfər edən azərbaycanlıların sayı açıqlanıb.

"APA-Economics" Gürcüstan Daxili İşlər Nazirliyinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən il Gürcüstana gələnlərin sayı 5 milyon 897 min 685 nəfər olub ki, bu da daha əvvəlki illə müqayisədə 6,9% çoxdur. Bu siyahıya Gürcüstana gələn və 24 saat müddətində qalan vətəndaşlar daxil edilib.

Azərbaycandan Gürcüstana 1 milyon 392 min insan səfər edib ki, bu da 2014-cü illə müqayisədə 8,5% çoxdur.

Ümumilikdə, siyahıya Ermənistan liderlik edir. Belə ki, ötən il bu ölkədən Gürcüstana 1 milyon 460 min şəxs səfər edib ki, bu da daha əvvəlki illə müqayisədə 10,7% çoxdur.

Türkiyədən Gürcüstana 1 milyon 391 min nəfər səfər edib ki, bu da 2014-cü illə müqayisədə 3,5% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR