Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi regional status alıb

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi regional status alıb
# 31 oktyabr 2015 11:59 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi (DGK) ilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) arasında DGK-nın Kinoloji Mərkəzindən təşkilatın Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət başçısı DGK ilə Ümumdünya Gömrük Təşkilatı arasında komitənin Kinoloji Mərkəzindən ÜGT-nin Regional Kinoloji Mərkəzi kimi istifadə edilməsinə dair 2015-ci il sentyabrın 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

DGK bu sərəncamın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə ÜGT-yə bildiriş göndərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR