Futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib

Futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib
# 10 iyun 2016 08:26 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı həbs edilən futbolçu Cavid Hüseynov apellyasiya şikayəti verib.

Futbolçunun vəkili Adəm Məmmədov APA-ya bildirib ki, Səbail rayon Məhkəməsinin C. Hüseynov barəsindəki hökmdən verilmiş şikayətə yaxın günlərdə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilir. Bir neçə gün əvvəl C. Hüseynov Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR