Bakı-APA. Liviyanın sayca ikinci ən iri şəhəri Benqazidə terror aktı baş verib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Hadisənin təfərrüatları barədə məlumat verilmir. Hələ ki, heç bir qruplaşma terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.