Balakəndə partlayış olub, ölən və yaralananlar var

Balakəndə partlayış olub, ölən və yaralananlar var
# 04 yanvar 2016 09:52 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Balakən şəhərindəki zavodda partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu gün saat 10:30 radələrində Balakən şəhərindəki “Azəryem Sənaye” MMC-yə məxsus zavodun ərazisində, qazanxanada partlayış baş verməsi nəticəsində 1 nəfərin öldüyü və 2 nəfərin xəsarət alması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib.

Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR